Günəşdə günün ikinci ən yüksək “X” dərəcəli partlayışı qeydə alınıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqi məlumat yayıb. “Mayın 14-də saat 16:55-də 3664 (S17W89) günəş ləkələri qrupunda rentgen diapazonunda 25 dəqiqə davam edən X1.2 məşəl aşkar edilib. Məşəl HF radio rabitəsinin pozulması ilə müşayiət olunub”, - məlumatda deyilir. Qeyd edək ki, cəmi iki həftə ərzində on beş “X” dərəcəli və çox sayda “M” dərəcəli partlayış baş verib.