AZ

“İTi Zəka - 2” hakatonunun seçim turlarına start verilir » AzadMedia.az


Hakaton Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Uşaqlarının İnkişaf Platforması İctimai Birliyi ilə birgə 14-17 yaşlı uşaqlar arasında keçiriləcək.

Məqsəd uşaqlara öz hüquqlarının təmin edilməsi istiqamətində təşəbbüs irəli sürmək, innovativ həll yolları təklif vermək imkanı yaratmaq, onlarda yaradıcı düşüncəni inkişaf etdirməkdir.

Rəqəmsal bacarıqlara sahib, innovativ düşüncəli, informasiya texnologiyaları sahəsinə marağı olan uşaqlar komandaları ilə birgə yarışaraq bu sahədə bilik və bacarıqlarını sınaya bilərlər. Hakaton iştirakçıları komandada işləmək, rəqəmsal bacarıqlarını inkişaf etdirmək, son texnoloji yenilikləri sahə üzrə yerli və xarici ekspertlərdən öyrənmək və tətbiq etmək imkanı əldə edəcəklər.
Qalibləri qiymətli hədiyyələr gözləyir.

Qeydiyyat üçün son tarix: 10 iyun, saat 18:00.

Qeydiyyat linki: https://forms.gle/KyPxvAZga9FYGjTC9


https://family.gov.az/az/news/usaqlar-arasinda-iti-zeka-2-hakatonu-kecirilecek

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
INNOLAND Incubation & Acceleration Center
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
1
azadmedia.az

2Mənbələr