AZ

Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı

İdman geyimində çəkilmiş fotolarını paylaşan qadın fitnesçi 11 il həbs cəzasına məhkum edilib.
 
7News.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanda baş verib.
 
Gülümsəyərək poza verən və uzun qara saçlarını açıq buraxan 29 yaşlı fitnes təlimatçısı Manahel əl-Otaybi sosial media platformalarından istifadə edərək ölkəsindəki qadınların vəziyyətini pisləyib.

Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, gənc qadın 2024-cü il yanvarın 9-da qapalı keçirilən iclasda Xüsusi Cinayət Məhkəməsi tərəfindən 11 il müddətinə azadlıqdan məhrum edilib.

Manahel əl-Oteybi elə bir ölkədə yaşayır ki, burada saç və bədəni örtən paltar geyinmək öhdəliyi 2018-ci ildə ləğv edilib. Üstəlik, praktikada bir çox qadınlar hər şeyə rəğmən çardaq taxmağa məcbur olduqlarından şikayətlənirlər.
 
Səudiyyə Ərəbistanda bir qadın olaraq "yüngül” geyinmək real risk yaradır. Rəsmi olaraq Manahel əl-Oteybi "terror cinayətləri”nə görə həbs edilib, lakin aid edilən cinayətlərin heç birinin əsası göstərilməyib.

Dəmir barmaqlıqlar arxasında qalan gənc qadının döyüldükdən sonra ayağının sındığı və tibbi yardım almaq imkanı olmadığı bildirilir.
 
7News.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
1
7news.az

6Mənbələr