AZ

Ermənistan və Gürcüstanda nə baş verir? - ŞƏRH

 Ermənistanda Paşinyan və komandasının hakimiyyətə gəldiyi "məxməri inqilab"dan sonra 44 günlük müharibə və ötən ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistan-Azərbaycan münasibətlərində normallaşma müşahidə olunur. 

Hazırda iki dövlət arasında delimitasiya işləri aparılır. Bütün bunlardan narazı qalan revanşist qüvvələr “Vətən naminə Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə aksiyalar keçirərək Nikol Paşinyanı istefaya çağırırlar.

Gürcüstanda isə müxtəlif siyasi partiyalar, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsi əleyhinə genişmiqyaslı mitinqlər keçirir.
Oxşar hadisələri "Sherg.az"a şərh edən politoloq Natiq Miri açıqlamasında deyib ki, Ermənistanda baş verən hadisələrlə Gürcüstanda baş verənlər eyni deyil:

"Ermənistanda “Vətən naminə Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan siyasətə qarışaraq dövlətdə legitim rejimi devirməyə çalışır. Hansı dövlət bu hadisələri qəbul edər? Lakin buna baxmayaraq Ermənistanda polis zorakılığı, mediaya təzyiqlər olmur. Aksiyalarda 150-dən çox şəxs saxlanılsa da, onlar bir neçə saat sonra sərbəst buraxılıb. Təsəvvür edin ki, bir kilsə xadimi küçələrdə əhalini rejimi devirməyə çağırsa da, həbs edilmir". 

Analitik əlavə edib ki, Gürcüstanda isə QHT sektorunda maliyyə şəffaflığını təmin etmək adı altında onların hüquqlarını məhdudlaşdırmaq, Rusiyanın dolayısıyla verdiyi qanun layihəsini qəbul etmək istəyirlər:

"Buna qarşı çıxanlara isə güc tətbiq edlir, bəzi hallarda xəsarət yetirirlər. Demokratik rejimlərdə belə hadisələr baş vermir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
sherg.az

1Mənbələr