AZ

Putin və Cinpin enerji sektorunda yeni təşəbbüsləri müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri zamanı Çin lideri Si Cinpin ilə danışıqlarının əsas mövzularından biri enerji sektorunda yeni təşəbbüslər olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.

“İkitərəfli əməkdaşlığın əsas hərəkətverici qüvvəsi energetikadır. Ötən il Çinə neft, boru kəməri ilə qaz, LNG və kömür təchizatı üzrə rekordlar yenidən qırılıb. Liderlərin danışıqlarında, təbii ki, enerji sahəsində yeni təşəbbüslər də müzakirə olunacaq”, - Y.Uşakov deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
2
report.az

8Mənbələr