AZ

“Aznur” finala hazırdı

Minifutbol üzrə ölkə çempionatının yarımfinal görüşlərində “Aznur” “Real Bakı”nı, “Birbaşa Bakı” isə “Odlar Yurdu”nu məğlub edib.

Beləliklə, bu gün saat 21.00-da Bakı Tennis Akademiyasında start götürəcək final oyununda “Aznur”la “Birbaşa Bakı” üz-üzə gələcək. Komandanın oyuna necə hazırlaşdığını öyrənmək üçün “Aznur”un baş məşqçisi Rəcəb Fərəczadə ilə əlaqə saxladıq:
“Final matçı başqa oyunlardan asandı. Uşağlar toparlanmalı və oynamalıdı. Artıq motivasiyaya heç ehtiyac da yoxdu. Çünki finalın özü bir motivasiyadı. Minimum səhv etməklə tapşırıqlarımı yerinə yetirmək və ikiqat əzmkarlıqla mübarizə aparmaq lazımdı. Komandada ümumi əhval-ruhiyyə yaxşıdı. Təhmurazın vəziyyəti bir qədər narahatlıq doğurur. Əsas qapçımız əməliyyat olunduğuna görə qapını İlqar qoruyacaq. Təhmuraz iki məşq buraxıb və oyundan əvvəl son məşqini keçirib tam hazır olacaq. Söz veririk ki, yaxşı mübarizə gedəcək. Azarkeşləri sevindirməyə çalışacağıq”.


Yeri gəlmişkən, bu gün saat 19.30-da “Odlar Yurdu” və “RealBakı” 3-cü yer uğrunda oyuna çıxacaq. Bu oyun da Bakı Tennis Akademiyasında keçiriləcək.

ƏSƏD SEYİDOV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
football-plus.az

1Mənbələr