AZ

“Sərhədin demarkasiyası prosesi davam edir” –Paşinyan

“Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesi davam edir”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı Ermənistan ətrafında çətin təhlükəsizlik vəziyyəti ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, Ermənistan hökuməti tərəflərin bu məsələdə qətiyyət nümayiş etdirəcəyinə ümid edir.

“İndi əsas məsələ təhlükəsizlikdir. Strateji baxışımız nədir? Ölkəmizin təhlükəsizliyini necə təmin edirik? Mən bu yaxınlarda parlamentimizdə çıxış etdim və dedim ki, təhlükəsizliyin təmin edilməsində ən mühüm alətin legitim xarici siyasət olduğuna inanıram”, – deyən Paşinyan Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi haqqında niyə tez-tez danışdığını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
azpost.info

1Mənbələr