AZ

Macarıstan millisinin AVRO-2024 üçün yekun heyəti AÇIQLANDI

Futbol üzrə Macarıstan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Adalet.az Macarıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Marko Rossi 26 nəfərlik sifariş ərizəsinə aşağıdakı oyunçuların adlarını daxil edib.

Qapıçılar: Peter Qulaçi (“Leyptsiq”, Almaniya), Deneş Dibuş (“Ferentsvaroş"), Peter Sappanoş (“Pakş”)

Müdafiəçilər: Botond Baloq (“Parma”, İtaliya), Endre Botka (“Ferentsvaroş”), Marton Dardai (“Herta”, Almaniya), Attila Fiola (“Fehervar”), Adam Lanq (“Omoniya”, Kipr), Villi Orban (“Leyptsiq”), Attila Salai (“Frayburq”, Almaniya)

Yarımmüdafiəçilər: Bendequz Bolla (“Servett”, İsveçrə), Mihayli Kata (MTK), Miloş Kerkez (“Bornmut”, İngiltərə), Laslo Klaynhaysler (“Hayduk”, Xorvatiya), Adam Nad (“Spetsiya”, İtaliya), Jolt Nad (“Puşkaş Akademiya”), Loik Neqo (“Havr”, Fransa), Andraş Şefer (“Union”, Almaniya), Kallum Staylz (“Sanderlend”, İngiltərə)

Hücumçular: Martin Adam (“Ulsan Hyundai”, Cənubi Koreya), Kevin Çobot (“Uypeşt”), Daniel Qazdaq (“Filadelfiya Union”, ABŞ), Kristofer Horvat (“Keçkemeti”), Roland Sallai (“Frayburq”, Almaniya), Dominik Soboslai (“Liverpul”, İngiltərə), Barnabas Varqa (“Ferentsvaroş”).

Qeyd edək ki, “Avro-2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Macarıstan millisi Almaniya, Şotlandiya və İsveçrə ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
23
adalet.az

10Mənbələr