AZ

“Baku Sportinq” çempion olub, Elvin Nəsibovdan 7 qol

Futbol üzrə Azərbaycan II Liqasının qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, sona 1 tur qalmış “Baku Sportinq” çempionluğunu rəsmiləşdirib.

Paytaxt təmsilçisi 25-ci turda “Dinamo”nu 4:2 hesabı ilə məğlub edərək, ən yaxın izləyicisini 5 xal qabaqlayıb. 56 xala malik “Füzuli” və 55 xal toplayan “Cəbrayıl” sonuncu turda 2-ci pillənin sahibini müəyyənləşdirib. Çempionatın reqlamentinə görə, 2-ci pilləni tutan komanda 1-ci Liqanın 9-cusu ilə pley-offda üz-üzə gələcək.

Tur “Füzuli”nin hücumçusu Elvin Nəsibov üçün əlamətdar olub. O, “Kürmük Qax”la oyunda 7 qola imza atıb. Oyun Füzuli futbolçularının 7:2 hesablı qləbəsi ilə yekunlaşıb. Elvin 31 topla bombardirlər yarışına başçılıq edir.

Qeyd edək ki, II Liqada mövsümə mayın 21-də yekun vurulacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
1
idman.biz

2Mənbələr