AZ

Gürcüstanın Daxili İşlər Nazirliyi etiraz aksiyası keçirənlərə xəbərdarlıq edib

Tbilisi, 14 may, AZƏRTAC

Gürcüstan Parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etdikdən sonra paytaxt Tbilisidə vəziyyət yenidən gərginləşib. Qanunun əleyhinə olan qüvvələr parlamentin qarşısında etiraz aksiyası keçirirlər. Onlar parlamentin binasına daxil olmağa çalışırlar.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) etirazçılara xəbərdarlıq edib. DİN-in bəyanatında deyilir ki, parlament binasının ətrafında keçirilən aksiya zorakı xarakter alıb. Polis qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə etmək məcburiyyətində qalıb.

DİN mitinq iştirakçılarını polisin qanuni tələbinə tabe olmağa çağırıb.

Gürcüstanın Ombudsman aparatı isə DİN-i dinc etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməməyə və onlara sərbəst toplaşmaq hüququndan istifadə üçün şərait yaratmağa çağırıb.

Qeyd edək ki, hazırda Rustaveli prospektində vəziyyət gərgin olaraq qalır. Polisin tələbinə baxmayaraq, etirazçılar ərazini tərk etmirlər. Prospektdə avtomobillərin hərəkəti tam dayandırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
29
azertag.az

10Mənbələr