AZ

Məşhur rejissor İrandan qaçdı

Məşhur rejissor Məhəmməd Rəsulof İrandan qaçıb.

Kulis.az xəbər verir ki, rejissor Avropaya qaçdığını desə də, dəqiq hansı ölkədə olduğu haqqında məlumat verməyib.

Qeyd edək ki, İran hökuməti hələ 2017-ci ildə Məhəmməd Rəsulofu məhkəməyə vermişdi və elə həmin ildən etibarən onun ölkədən çıxışına qadağa qoyulmuşdu.

2022-ci ildə isə "mətbuatda ölkə siyasətini tənqid etdiyinə görə" yenidən həbs olunmuş, sonradan ev dustaqlığına buraxılmışdı.

Rejissorun sözlərinə görə, bu il "Müqəddəs əncir toxumu" filmi Kann kinofestivalına seçildikdən sonra güc strukturları növbəti dəfə təzyiq göstərməyə başlayıb və məhkəmə ona 8 il həbs cəzası verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
1
kulis.az

2Mənbələr