AZ

Fransa millisinin və “Milan”ın hücumçusu rəsmən ABŞ klubuna keçib

Fransa millisinin və İtaliya təmsilçisi “Milan”ın hücumçusu Olivye Jirunun yeni klubu rəsmən bəlli olub.

"Report" xəbər verir ki, 37 yaşlı oyunçu ABŞ-nin “Los-Anceles” kollektivi ilə 2025-ci ilə qədər müqavilə bağlayıb.

Bu barədə klubun "X" səhifəsi məlumat yayıb.

O, ABŞ klubuna azad agent kimi transfer olunub..

Qeyd edək ki, cari mövsüm 45 matçda meydana çıxan O.Jiru 16 qol vurub, 9 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
8
report.az

9Mənbələr