AZ

Minsk qrupu effektsizliyini ortaya qoyub, təşkilatın mövcudluğuna heç bir ehtiyac qalmayıb - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-dəATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici,Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyinümayəndə heyətini qəbul edib. Görüş zamanı Prezident İlham Əliyevbir sıra vacib məqama toxundu. Xüsusilə ATƏT-in Minsk qrupununmövcudluğunun heç bir əhəmiyyətinin olmadığı vurğulandı.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

Onun sözlərinə görə, Minsk Qrupu 1992-ci ildə Qarabağmünaqişəsinin sülh yolu ilə həllinə kömək etmək məqsədiləyaradılmışdı. Minsk Qrupu tərəfləri münaqişənin davam etməsinə sonqoymaq, ərazi bütövlüyünü qorumaq və iqtisadi işbirliyini təşviqetmək məqsədilə çox tərəfli sülh planı hazırlamalı idi. Faktikiolaraq Mnisk Qrupu bu illər ərzində fəaliyyətsiz qaldı.

“Azərbaycan münaqişəni öz həbri-siyasi gücü hesabına beynəlxalqhüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq həlletdikdən sonra isə,Ş Minsk Qrupunun və eləcə də onunla əlaqəlitəsisatların mövcudluğuna heç bir ehtiyac qalmayıb.

Minsk Qrupunun ləğv edilməli olduğuna dair məqamlardəyərləndirilməlidir. ATƏT Minsk Qrupu ilə bağlı ən aktualməsələlərdən biri, münaqişənin sülh yolu ilə həllinə necə nailolunacağı müəyyənləşdirmək idi. Minsk qrupu bu məqsədinə çatmaqüçün heç bir əməli addım atmadı.

Təsisat Azərbaycan və Ermənistanın maraqlarını diqqətə almaq,həm də Qarabağ münaqişəsindən əziyyət çəkən insanların hüquqlarınıqorumaq üçün əhəmiyyətli addımlar atmalı idi”, - o deyib.

Politoloq qeyd edib ki, artıq Ermənistan-Azərbaycan münaqişəsitarixdə qalıb. Faktiki olaraq Misnk Qrupu da tarixdə qalıb:“Təşkilatın kağız üzərində mövcud olması isə formal xarakterdaşıyır. Azərbaycan və Ermənistan arasında vasitəçisiz danışıqlarınaparılması daha effektiv nəticələr verir. İki ölkə arasındamünasibətlərin normallaşması üçün vasitəçiyə ehtiyac duyulmur.Çünki bir çox hallarda vasitəçilərin öz maraqlarını güddüklərinigörürük. Bu da məsələlərin həllinə heç bir töhfə vermir”.

A.Qarayev əlavə edib ki, bütün bu sadalanan məqamlar, MinskQrupunun gələcək mövcudluğu, sülh prosesindəki rolu və münaqişəninhəllinə dair əhəmiyyətini dəyərləndirmək üçün önəmlikriteriyalardır.

“Artıq baş verən hadisələr, hazırki reallıqlar, Minsk qrupununeffektsizliyini ortaya qoyub. Bu təşkilatın mövcudluğuna heç birehtiyac qalmayıb”, - deyə o vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
2
az.trend.az

1Mənbələr