AZ

Rusiyada ordu ilə əlaqəli "Ximprom" zavodu yanır...

...Çərşənbə axşamı, mayın 14-də Rusiyanın Novoçeboksarsk şəhərində (Çuvaşiya) Rusiyaordusu ilə əlaqəli “Ximprom” kimya zavodu yanır.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı görüntüləri“Ukrayna 365” Telegram kanalında görmək olar.

Yanğının səbəbi hələlik məlum deyil, Rusiya hakimiyyəti hələ də susur. Hadisə şahidlərinin yaydığı kadrlara əsasən, yanğın artıq zavodun geniş ərazilərini bürüyüb.

...Şəhərin üstündən qara tüstü qalxır. Yanğın zamanı ölənlərin olub-olmaması barədə məlumat verilmir.

Qeyd edək ki, sovet dövründə “Ximprom” kimya zavodu kimyəvi silah istehsalı ilə məşğul olub. Hazırda o, 200-dən çox növ kimyəvi komponent istehsal edir, onlardan bəziləri silah, o cümlədən bədən zirehləri və dəbilqələrin istehsalında istifadə olunur.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
sia.az

10Mənbələr