AZ

İran və Hindistan arasında Çabahar limanının birgə istismarına dair saziş ABŞ-nin sanksiyalarına məruz qala bilər

Bakı. Trend:

İran və Hindistan arasında Çabahar limanının birgə istismarınadair saziş ABŞ-nin sanksiyalarına məruz qala bilər.

Trend xəbərverir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibininbirinci müavini Vedant Patel brifinqdə jurnalistlərə deyib.

"Hindistan və İran arasında Çabahar limanı ilə bağlı 10 illiksazişin imzalandığından xəbərimiz var. ABŞ-nin İrana qarşısanksiyaları qüvvədə qalır və biz onları tətbiq etməyə davamedəcəyik", - o deyib.

Patel İranla işgüzar sazişlər imzalayan hər kəsin sanksiyariskini gözə almalı olduğunu qeyd edib.

"İranla işgüzar sazişlər imzalamağı nəzərdən keçirən hər kəsməruz qaldığı potensial riski, eləcə də potensial sanksiyalarriskini dərk etməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, mayın 13-də İran və Hindistan Çabahar limanındaŞəhid Beheşti terminalının müasirləşdirilməsi və istismarına dairuzunmüddətli saziş imzalayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
az.trend.az

1Mənbələr