AZ

Yer altından gələn səs... - Türkiyədə nə baş verir?

Yer altından gələn səs... - Türkiyədə nə baş verir?



 19:00 14.05.2024     544

Türkiyənin Bingöl bölgəsində yeraltından gələn səslərin görüntüləri 'böyük zəlzələnin xəbərçisi' olduğu iddiası ilə dəfələrlə sosial mediada paylaşılıb.

Demedia.az xəbər verir ki, Bingölün Solhan rayonunun Yenidal kəndində yerin altından gələn və böyük bir zəlzələ olacağına işarə edən səs gəldiyini göstərən sosial mediada paylaşılan görüntülərin ardınca professor Naci Görür onu etiketləyən bir istifadəçiyə “Təxmin etdiyim qədəri ilə bu səs yerin dərinliklərində qayaların qırılmasına və ya sürtünməsinə işarə etmir. Bu, böyük bir səthdən çıxan qaza bənzəyir" deyib.

Solhan rayonunun Yenidal kəndinin çöl ərazisində yeraltı səslərin görüntüləri dəfələrlə sosial şəbəkələrdə paylaşılıb, onların “böyük zəlzələ xəbərçisi” olduğu iddiası var.

Aysun / Demedia.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
demedia.az

1Mənbələr