AZ

Makron və Zelenski danışdı

Yelisey Sarayından verilən açıqlamada Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenskinin telefon danışığı zamanı Ukraynanın ehtiyaclarını müzakirə etdikləri bildirilib.

News24.az xəbər verir ki, iki liderin Ukraynadakı vəziyyətin gedişatını müzakirə etdiyi və Makronun Rusiyanın Ukraynaya artan hücumlarını şiddətlə qınadığı bildirilib.

Makronun Rusiya-Ukrayna müharibəsi kontekstində Rusiyanı məğlub etmək üçün Fransanın tərəfdaşları ilə lazımi dəstəyi verməkdə qərarlı olduğu, Fransa prezidentinin ölkəsinin yaxın günlərdə edəcəyi tədarüklər haqqında məlumat verdiyi bildirilib. 

Makronun Olimpiya Oyunları zamanı bölgədə atəşkəsin yaradılmasının və Rusiya ilə Ukrayna arasında danışıqlar üçün lazımi diplomatik təşəbbüslərin başlanmasının faydalı olacağını ifadə etdiyi bildirilib.

Həmçinin bu danışıqların beynəlxalq hüquq normalarına və Ukraynanın qanuni maraqlarına uyğun aparılmalı olduğu vurğulanıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
news24.az

1Mənbələr