AZ

Aleksandr Bortnikov: “İrəvan Rusiya hərbçilərinin Azərbaycanla sərhəddən geri çəkilmələrini xahiş edib”

“Rusiya sərhədçiləri Ermənistanda mövcudluğunu davam etdirəcək”.

Bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə namizəd Aleksandr Bortnikov bildirib.

“Bizim Ermənistanda sərhədçilər timsalında mövcudluğumuz qalır”, - deyə o, Federasiya Şurasında çıxışında bildirib. 

Aleksandr Bortnikov qeyd edib ki, Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədini qoruyacaqlar.

Onun sözlərinə görə, İrəvan Rusiya hərbçilərinin müvəqqəti əməliyyat qruplarının Azərbaycanla sərhəd xəttindən geri çəkilmələrini xahiş edib və belə bir qərar qəbul edilib.

Həmçinin, Ermənistan tərəfinin xahişi ilə İrəvan “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsi bağlanacaq.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
1
oxu.az

2Mənbələr