AZ

“Ser Piter Paul Rubens və Ser Entoni Van Deykin ikiqat portreti” yenidən Çatsvortda nümayiş olunacaq

Bakı, 14 may, AZƏRTAC

Erasmus II Quellinessin dörd onillikdən çox əvvəl oğurlandığı rəsm əsəri bu yaxınlarda Fransanın cənubunda yerləşən şəhərin regional hərrac evində görünməsindən sonra sahibinə qaytarılıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ağac üzərində yağlı boya ilə yazılan rəsm əsəri 1979-cu il mayın 26-da Taurner rəsm qalereyasının ekspozisiyasına basqın olunduqdan sonra oğurlanıb. İngiltərənin Derbişir şəhərindəki Çatsvort House "Ser Piter Paul Rubens və Ser Entoni Van Deykin ikiqat portreti" ni (1640-cı illər) barokko dövrünün flaman rəssamı Entoni Van Deykin əsərlərinə həsr olunmuş sərgi üçün Taurner rəsm qalereyasına verib.

Soyğunçular Van Deykin bir neçə orijinal rəsmlərinə toxunmayıblar, onlar da digərləri kimi nümayiş etdirilib və daha qiymətli olub. Qeyd etmək lazımdır ki, fevral ayında “Christie's” auksionunda Van Deykin rəsm əsəri 2,1 milyon dollara satılıb.

“Çox qiymətli rəsmlərdən bəzilərinə toxunulmayıb, onlar bunu götürdülər, məncə bu rəsm daha bahalı görünürdü", - deyə “Çatsvort House”da Devonşir kolleksiyasının rəhbəri Elis Martin “The Art Newspaper” nəşrinə müsahibəsində bildirib.

İlk öncə, rəsm geniş ictimaiyyətə təqdim etmək üçün deyil, qravüraya hazırlıq üçün çəkilib. 1979-cu ildə baş verən oğurluqdan sonra əsər itmiş hesab olunurdu. İncəsənət tarixçisi Fransanın Tulon şəhərində satışa çıxarılan “Ser Piter Paul Rubens və Ser Entoni Van Deykin ikiqat portreti”ni görüb və Britaniyanın şəhər kənarında yerləşən evini xəbərdar edib.

“The Art Newspaper” nəşrinin məlumatına görə, rəsm əsəri satış üçün Tulona göndərilməzdən əvvəl İngiltərənin cənub-şərqində yerləşən İstborn şəhərindəki satıcının mərhum valideynlərinin evində tapılıb.

Aparılmış zəruri bərpa işləri soyulmuş boya və nikotin ləkələrinin təmizlənməsini əhatə edirdi və indi "Ser Piter Paul Rubens və Ser Entoni Van Deykin ikiqat portreti" COVID-19 pandemiyası səbəbi ilə gecikmələr də daxil olmaqla, üç il davam edən danışıqlardan sonra Çatsvortda yenidən nümayiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
azertag.az

1Mənbələr