AZ

Ürək sağlamlığınızı qorumaq üçün bunları yeyin - Siyahı

Ürək-damar xəstəlikləri kişilərdə 40 yaşdan, qadınlarda isə klimaksdan təxminən 5-6 il sonra ciddi şəkildə inkişaf edir.

Ölkə.Az "hürriyet"ə istinadla xəbər verir ki, şübhəsiz ki, ürək-damar xəstəliklərinin yaranmasında şəkərli diabet, yüksək təzyiq, yüksək xolesterin , tütün məmulatlarından istifadə və qocalıq əsas əsas amillərdəndir.

Amerika Ürək Dərnəyi bütün bu xəstəliklərdən qorunmaq üçün hər gün iki porsiya meyvə yeməyi tövsiyə edir.

Florida ştatındakı "Orlando Health" xəstəxanasının kardioloqu Dr.Dipak Vivek  "New York Post" qəzetinə açıqlamasında meyvələrin ürək sağlamlığı üçün faydalı meyvələrdən söz açıb.

"Alma çox yaxşı antioksidantdır. Çünki onlar lif, C vitamini və kalium mənbəyidir. Həm də aşağı qlisemik olduğu üçün Tip 2 diabet riskini azaltmağa kömək edir. Gün ərzində alma istehlakı da enerjini tarazlaşdırır."

Bundan əlavə kardioloqlar ürək sağlamlığı üçün banan, armud, gilas, duzsuz fındıq və quru meyvələr, qaragilə, moruq, qırmızı qaragilə (goji berry) canavar üzümünü yeməyi tövsiyyə edir.

Billurə

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
2
olke.az

3Mənbələr