AZ

Açıq gözlərini döyür küləklər – Lorka

Kulis.az görkəmli ispan şair Federiko Qarsiya Lorkanın “Gözlənilməz” şeirini təqdim edir.

Köksündə qanlı bıçaq
səssizcə uzanıb qalıb küçədə.

Bu yerdə,
bu şəhərdə
tanıyan yox onu bircə nəfər də.


Necə də,
necə də titrəyir, Allah,
başının üstdəki yarımcan fənər!

Ağarır dan yeri,
açılır səhər,
açıq gözlərini döyür küləklər.

Di gəl,
bircə nəfər
qabağa durmur,
bağlamır yazığın göz qapağını.

Eləcə
uzanıb qalıb küçədə,
eləcə köksündə qanlı bir bıçaq,
bircə kəs də onu tanımır ancaq...

Tərcümə: Mahir N.Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
1
kulis.az

2Mənbələr