AZ

Gürcüstan müxalifəti parlamentdə iştirak etməyəcək – “Boykot yeganə düzgün yoldur”

Gürcüstanın parlament müxalifəti “xarici agentlər” haqqında qanunun qəbulu ilə əlaqədar boykot elan edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

Xəbərdə deyilir ki, əsas müxalifət qüvvələri olan “Milli Hərəkat” və “Lelo” fraksiyaları boykot elan ediblər. Onların bəyanatında deyilir ki, hakimiyyətin bütün qırmızı xətləri keçdiyi, ölkə Konstitusiyasının qanunverici orqanda açıq şəkildə pozulduğu bir vaxtda müxalifət parlamentin işində iştirak etməmək qərarına gəlib. Bəyanatda qeyd olunur ki, “Gürcü Arzusu” konstitusiyanı pozur və İvanişvili Putini təmsil edir: “Bugünkü zorakılıq və vətənə xəyanət aktından - Rusiya qanununun qəbulundan sonra biz hesab edirik ki, parlamentdə işləmək üçün artıq resurs yoxdur və boykot rejimə müqavimət göstərməyin yeganə qanuni yoludur”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
azpolitika.info

1Mənbələr