AZ

Şirvan şəhər Bayramlı qəsəbəsində istirahət parkı açılıb – FOTO

 

 

Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə Şirvan şəhərinin Bayramlı qəsəbəsində Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Şirvan bələdiyyəsi tərəfindən park inşa edilib.

Tədbir iştirakçıları öncə istirahət parkının önündə salınmış “Şəhidlər” memorial abidə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. Sonra istirahət parkında aparılan yenidənqurma işlərinə baxış keçirilib.

Yeni salınmış parkda mini futbol stadionu, uşaqlar üçün müxtəlif əyləncə qurğuları, söhbətgahlar quraşdırılaraq sakinlərin ixtiyarına verilib.

Tədbirdə Şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov istirahət parkının qəsəbə sakinlərinin ən sevimli istirahət guşəsinə çevriləcəyəni bildirib.

Tədbirin sonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qəsəbə sakinlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
yenicag.az

1Mənbələr