AZ

“Müharibə inkişafımızın başlanğıcı oldu” - Paşinyan

Cənubi Qafqazdakı (Azərbaycanla) müharibə gələcək hadisələr və inkişafın başlanğıcı oldu.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bölgədə təhlükəsizlik vəziyyəti mürəkkəb idi, indi də mürəkkəbdir, amma bu, təkcə bizim regional vəziyyətimizə görə yox, həm də qlobal duruma görə belədir. Çünki açıq şəkildə dünya nizamı dağılır. Bölgəmizdə baş verən müharibə bir növ gələcək inkişafın başlanğıcı oldu”, - Paşinyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
teleqraf.com

1Mənbələr