AZ

Deyirəm, burada Milonova “molades” demək olar..?

...Ukraynaya satqın çıxaraq, Rusiyada yaşayıb-yaratmağa davam edən müğənni Nataşa Koroleva növbəti qalmaqalla üzləşib.

SİA-nın əldə etdiyi məlumata görə, “Qlavred” yazır ki, görünür, ona, bir növ boykot elan edilib.

Belə ki, sənətçi Kremldə keçirilən bayram konsertinin yayımından çıxarılıb.

Rusiya mətbuatının verdiyi məlumata görə, Koroleva Qələbə Günü münasibətilə Kremldə çıxış edib və “Sadəcə ölmə” mahnısını ifa edib. Qeyd edək ki, onun səhnəyə sinəsində "Georgi lenti" ilə çıxması da diqqət çəkib.Amma nə fayda..?

Məsələ bundadır ki, buna baxmayaraq onun çıxışını sonradan efirə verməyib, kəsib tullayıblar?

Nə qədər qəribə də olsa, Nataşa da bunun səbəbini tapa bilməyir.

Deyilənlərə görə, rusiyalı deputat Vitali Milonov Korolevanın Ukraynadakı müharibə ilə bağlı mövqeyini ifadə etmək istəməməsi səbəbindən onun çıxışının efirdən çıxarılmasını təklif edib.

Milonov onu da qeyd edib ki, Korolevanın anası Lyudmila Poryvayburada, Rusiyadayaşayır, o isəABŞ-a gedir və bununlaUkraynayönlü mövqeyini açıq şəkildə ifadə edir.
...Deyim ki, burada Milonova “molades” demək olar..?

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
sia.az

1Mənbələr