AZ

Kolumbiya Netanyahunun həbsinə order almaq istəyir

Kolumbiya İsrailin baş naziri Binyamin Netanyahu üçün Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) beynəlxalq həbs qərarı istəyib.

 

Oxu24.com  xəbər  verir  ki, Kolumbiya prezidenti Qustavo Petro bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

 

“Netanyahu soyqırımı dayandırmayacaq. Bu, Cinayət Məhkəməsinin beynəlxalq həbs qərarı deməkdir. Təhlükəsizlik Şurası Qəzzada sülhməramlı qüvvələrin yaradılması məsələsinə baxmağa başlamalıdır”, – deyə  Petro yazır.

 

Bundan əvvəl Demokrat konqresmen Rəşidə Tlaib Beynəlxalq Cinayət Məhkəməsini (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və digər yüksək vəzifəli məmurların Qəzza zolağında yəhudi dövlətinin hərəkətlərinə görə həbsə order verməyə çağırıb.

 

Aprelin 29-da İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydendən Beynəlxalq Cinayət Məhkəməsinin Qəzza zolağında cinayətlərdə ittiham olunan yüksək vəzifəli İsrail məmurlarının həbsinə order verməsinin qarşısını almağa kömək etməsini istəyib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
oxu24.com

10Mənbələr