AZ

Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarına cəlb ediləcək zal nəzarətçiləri üçün təlim keçirilib

Mayın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorunun əməkdaşları tərəfindən Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarına cəlb ediləcək zal nəzarətçiləri üçün təlim keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə iştirak edən nəzarətçilər Dövlət İmtahan Mərkəzinin “Zal nəzarətçiləri bazası”ndan müxtəlif meyarlar nəzərə alınmaqla seçilib.

Təlimdə qabiliyyət imtahanlarının xüsusiyyətləri haqqında geniş məlumat verilib, imtahanların təşkili və idarə edilməsi ilə bağlı praktiki işlər haqqında izahat aparılıb, imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirilib. Həmçinin xüsusi tapşırıqlar əsasında imtahanda baş verə biləcək hallarla bağlı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
1
tehsil.biz

3Mənbələr