AZ

Böyük Britaniyada işsizlik səviyyəsi 4.3%-ə yüksəlib

Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatına əsasən, ölkədə işsizlik səviyyəsi dekabr-fevral ayları ilə müqayisədə 2024-cü ilin yanvar-mart aylarında 4.2%-dən 4.3%-ə yüksəlib.

Fins.az xəbər verir ki, dərc olunan göstərici analitiklərin proqnozu ilə üst-üstə düşüb.

Yanvar-mart aylarında ölkədə 16 yaşdan yuxarı işsizlərin ortalama sayı oktyabr-dekabr aylarının göstəricisi ilə müqayisədə 166 min nəfər, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 103 min nəfər artaraq 1 milyon 486 min nəfər təşkil edib. Eyni zamanda, yanvar-mart aylarında 16 yaşdan yuxarı işləyən britaniyalıların ortalama sayı illik ifadədə 204 min nəfər azalaraq 32.997 milyon nəfər təşkil edib. 16 yaşdan 64 yaşa qədər olan yaş qrupunda məşğul əhalinin xüsusi çəkisi 74.5% təşkil edib.

Muzdlu işçilərin sayı fevral ayı ilə müqayisədə mart ayında 5 min nəfər azalaraq illik müqayisədə 288 min nəfər artıb (artım 1%). Həmçinin bildirilir ki, aprel ayında muzdla işləyənlərin sayı, ilkin hesablamalara görə, mart ayının göstəricisi ilə müqayisədə 85 min nəfər azalıb, lakin illik ifadədə 129 min nəfər artaraq (0.4% artım) və 30.2 milyon nəfər təşkil edib.

Böyük Britaniyada yanvar-mart aylarında ortalama əmək haqqının illik artımı, bonuslar da daxil olmaqla, 5.7% (5.3% artım proqnozlaşdırılırdı), bonuslar nəzərə alınmadan isə 6% təşkil edib.

Eyni zamanda, ölkədə tətillər səbəbindən mart ayında 22 min iş günü itirildi ki, bu da 2022-ci ilin yanvar ayından bugünə ən aşağı göstəricidir. Fevralda itirilmiş iş günlərinin sayı 107 min idi.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
fins.az

1Mənbələr