AZ

"COP29-a ev sahibliyi Azərbaycana beynəlxalq dəstəyi artıracaq"

“COP29 Azərbaycanı dünyada söz sahibi ölkə kimi tanıdacaq”.
 
Bunu turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında deyib.

O qeyd edib ki, bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi  etməsi beynəlxalq aləmdə əsk-səda doğuracaq:

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaradıb. Ermənistan və Azərbaycan rəsmilərinin danışıqları gedir. Bu müstəvidə Qərbin müəyyən mərkəzləri Azərbaycana qarşı qərəzlidirlər. Lakin artıq Azərbaycan dünyanın diqqətini çəkəcək konfransa ev sahibliyə edəcək. Əlbəttə ki, bu tədbirin keçirilməsi üçün təşkilatçılıq önəmlidir. Azərbaycan bu istiqamətdə daha uğurlu olacaq. Bundan əlavə, COP29 Azərbaycana beynəlxalq dəstəyin artmasına gətirib çıxaracaq. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan regionun lider ölkəsidir. Azərbaycan müstəqildir, heç bir dövlətin təlimatı ilə hərəkət etmir. COP29 dünya dövlətlərinin başçıları, siyasətçilər, dövlət və özəl qurumlar tərəfindən yüksək səviyyədə qarşılanır. Azərbaycana müxtəlif istiqamətlərdə siyasi dəstək artacaq və ciddi şəkildə siyasi mövqeyi güclənəcək”.

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
demokrat.az

1Mənbələr