AZ

Simfonik rok-hitləri şam işığında. Mystery Ensemble

Unikal konsert may ayının 18-də saat 20:00 Bakının mərkəzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının fantastik atmosfer zalında keçiriləcək. Bakının ən məşhur ansamblarından biri olan Mystery Ensemble-nın ifasında drayvlı, virtuoz və emosional ifalarıyla  ikonik rok qruplarının  musiqi dünyalarına qerq olacaqsız.
Konsertin idarə və təşkilat agentliyi RED EVENTS  & Distribution ltd.

Yüzlərcə şamların ətrafında , sehirli bir proqramda: Queen, Muse, Rammstein, Metallica, Nirvana, Deep Purple, Scorpions, AC/DC.

Freddi Merkyuri və Kurt Kobeynin səslərini   skripka və violonçel səsləndirecek.

Ayın ən parlaq musiqi macərasına hazırsınızmı? Bəs parlaq təəssüratlar sonsuzluğuna hazırsınızmı? Onda biletləri elə bu dəqiqə alın çünkü, bu ən populyar proqramları olan bir konsertdi.Hər dəfə misli görünməmiş bir ajiotajı  var.

Simfonik rok hitləri - fantastik dərəcədə təmiz səs, müəllif tənzimləmələri, güclü bir enerji yükü, bənzərsiz şou və canlı emosiyalar deməkdir. Mystery Ensemble-nın sənətçiləri ilk notdan tamaşaçıları özlərinə aşiq edirlər.

Konsert başlamazdan əvvəl sizi yüzlərcə parıldayan şamlarla dolu zalın interyerini seyr etməyə dəvət edirik. Gözünüzü gəzdirin , inanılmaz bir atmosferə qərq olun.

Şam işığında konsertlərimiz Bakının ən qeyri-adi atmosferi sehrlə dolduran konsertlərdəndir.Biz sizə canlı musiqinin multisensor qavrayışının unikal tecrübəsini teqdim edirik.Canlı musiqimizlə  eşitmə, vizual və toxunma hisslərinizdən maksimum yararlanmağınızı istəyirik .  Musiqini eyni zamanda bütün duyğularınızla hiss edin!

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
milli.az

2Mənbələr