AZ

Türkiyə Azərbaycanla yeni qaz kəmərinin nə zaman istismara veriləcəyini açıqlayıb

Bakı. Trend:

Bu qış təbii qazın Türkiyə ərazisi (İğdır-Naxçıvan boru kəməri)vasitəsilə Naxçıvan Muxtar Respublikasına nəql olunacağıgözlənilir.

Trend xəbərverir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziriAlparslan Bayraktar İstanbulda Türkiyə və Azərbaycan arasında təbiiqaz sahəsində Əməkdaşlıq Sazişinin imzalanma mərasimində deyib.

"Ümid edirəm ki, bu qış təbii qaz Türkiyə ərazisi vasitəsiləNaxçıvana tədarük olunacaq. Bu boru kəmərini mümkün qədər tez birzamanda işə salmağı planlaşdırırıq", - nazir deyib.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 15 dekabr 2020-ci iltarixində İğdır-Naxçıvan qaz kəməri üzrə Anlaşma Memorandumuimzalayıb.

Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və TürkiyəninBOTAŞ şirkəti tərəfindən icra olunacaq.

İğdır-Naxçıvan kəməri təkcə Naxçıvanın qaz təchizatınışaxələndirməyə imkan verməyəcək, həm də onun bir mənbədənasılılığını aradan qaldıracaq. Layihə "Naxçıvan MuxtarRespublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illərüçün Dövlət Proqramı"nın prioritet layihələri sırasına daxiledilib.

İğdırdan Sədərək rayonuna qədər olan boru kəmərinin uzunluğu97,5 kilometr, o cümlədən Azərbaycan hissəsinin uzunluğu 17,5kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Borukəməri sutkada 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaznəql etmək gücündədir. Bununla Naxçıvanın qaza olan ehtiyacı tamqarşılanacaq.

Gələcəkdə boru kəmərinin gücü iki dəfədən çox artırılabilər.

2023-cü il sentyabrın 25-də qaz kəmərinin təməlqoyma mərasimiolub.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
2
az.trend.az

1Mənbələr