Nəhəng mədən şirkəti almaz və platin biznesindən çəkildiyini açıqlayıb.

İndexçaz xəbər verir ki, Böyük Britaniyada yerləşən Cənubi Afrika mədən şirkəti “Anglo American” almaz, platin və kömür hasilatından çıxacağını bildirib.

Bunun səbəbi isə şirkətin ən böyük rəqibi olan BHP Qrupunun 34 milyard funt sterlinq (43 milyard dollar) satınalma təklifinin qarşısını almaqdır.

Belə ki, BHP Qrupunun qarşısını almaq üçün nəzərdə tutulmuş kütləvi yenidənqurma planını həyata keçirmək məqsədi ilə şirkət almaz, platin və kömür hasilatından imtina etməyə məcbur olub.