AZ

Kilosu 263 manata: Bu saqqızın inanılmaz faydaları var

Türkiyənin Sivas rayonunda yaz aylarında təbiətdə özbaşına böyüyən kəngər bitkisinin kökündən hazırlanan saqqızın müxtəlif faydaları var.

Publika.az xəbər verir ki, hazırlanması çox çətin olan bu saqqızın kiloqramının qiyməti demək olar ki, qızılla rəqabət aparır.

Bu saqqızı çeynəmək diş sağlamlığı üçün faydalıdır. Üz iflicindən əziyyət çəkən insanlara üz əzələlərinin məşqinə, miqren, mədə ağrıları və şişkinliyinə də kömək edir. Xaricə də göndərilən kəngər saqqızına əcnəbilər tərəfindən böyük tələbat var.

Hazırda saqqızın bir ədədinin qiyməti 20 lirə ( 1 manat), bir kiloqramının qiyməti isə 5 min lirədir (263 manat). Əvvəlcə yaxşıca yuyulmalı olan bu saqqızı bir həftə çeynəmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
publika.az

2Mənbələr