AZ

Putin seçkilərdən sonra ilk səfərini bu ölkəyə edəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 16-17-də Çinə dövlət səfəri edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya lideri səfəri çərçivəsində çinli həmkarı Si Cinpinlə görüşəcək. Bir sıra sənədlər, həmçinin birgə bəyanatın imzalanması planlaşdırılır.

“Rusiya və Çin liderləri hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq məsələlərinin bütün kompleksini ətraflı müzakirə edəcək, Rusiya-Çin praktiki əməkdaşlığının gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcək, həmçinin ən aktual beynəlxalq və regional məsələlər üzrə ətraflı fikir mübadiləsi aparacaqlar”, - açıqlamada deyilir.

Bu, Vladimir Putinin seçkilərdən sonra ilk xarici səfəri olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
teleqraf.com

10Mənbələr