AZ

Gürcüstan polisi aksiyanı dağıtmağa hazırlaşır – Xəbərdarlıq edildi

Gürcüstan polisi ölkə parlamenti yaxınlığında “Xarici agentlər haqqında” qanuna etiraz edən aksiya iştirakçılarını dağıtmağa hazırlaşır.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, xüsusi təyinatlıların qanunvericilik binasına doğru gətirilməsi prosesi başlanıb. Səsgücləndiricilər vasitəsilə nümayişçilər dağılmağa çağırılır, əks halda onlara qarşı “qanunla nəzərdə tutulmuş tədbirlərin” görüləcəyi xəbərdarlığı edilir.

Qeyd edək ki, bundan öncə nümayişçilərlə polis arasında toqquşma olub və kütləvi həbslər aparılıb.

Xatirə SADİQ,
KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
konkret.az

1Mənbələr