AZ

Bankların hərracda tələbi 100 milyon dolları ötdü – SƏBƏB

Bu gün Mərkəzi Bankda keçirilən növbəti valyuta hərracında valyutaya olan tələb xeyli artıb. 


Sfera.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda bankların tələbi 107,1 milyon ABŞ dolları təşkil edib və tələb tam təmin olunub.


Xatırladaq ki, bundan öncəki hərraclarda xarici valyutaya tələb 70-80 milyon dollar intervalında dəyişirdi. Bugünki hərracda tələbin kəskin şəkildə artmasını Mərkəzi Bank ötən həftənin cümə axşamının (9 may – red.) qeyri-iş gününə təsadüf etməsi ilə əlaqələndirib. Mərkəzi Bank bildirir ki, hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblər bugünki hərracda ödənilib. 


Mərkəzi Bankda bundan öncəki hərrac 7 gün öncə keçirilib. Adətən hərraclar arasındakı vaxt intervalı 4-5 gün olur. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
sfera.az

1Mənbələr