AZ

UEFA-dan yenə qayda: Yalnız kapitanlar bunu edə biləcəklər

Bu yay Almaniya stadionlarında keçiriləcək 2024-cü il Avropa çempionatında yeni futbol qaydası tətbiq olunacaq. İndi yalnız komanda kapitanları matçlar zamanı hakimlərlə ünsiyyət qura biləcək, digər oyunçular isə hakimə qarşı aqressivlik göstərsələr, onlara sarı vərəqə göstəriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Futbol İttifaqının (UEFA) hakimlər üzrə icraçı direktoru Roberto Rosettinin bu gün qurumun rəsmi saytında dərc olunan açıq məktubunda deyilir.

Müraciətdə qeyd olunur ki, əgər komandanın kapitanı qapıçıdırsa, o zaman meydanda olan sahə oyunçuları arasından hakimlə ünsiyyət qura bilən birini seçəcəklər.

"Biz bütün komandalardan kapitanlarının hakimlə danışan yeganə oyunçu olmasını təmin etmələrini xahiş edirik. Biz kapitanlardan qərarın vaxtında və hörmətli şəkildə izah edilməsi üçün komanda yoldaşlarının hakimə təzyiq etməmələrini və ya mühasirəyə almamalarını, birbaşa söhbətə imkan vermələrini xahiş edirik. Qeyd etmək vacibdir ki, biz yalnız qərarı müzakirə etmək istəyən komandanın kapitanının hakimə yaxınlaşa bilməsini təmin etmək istəyirik. Kapitan roluna məhəl qoymayan oyunçu sarı vərəqə ilə cəzalandırılacaq", deyə Rozetti bildirib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
qaynarinfo.az

1Mənbələr