AZ

Aİ nümayəndəsi İrəvanda Zəngəzur dəhlizinin açılmasını vurğuladı

"Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi çox vacibdir, çünki bu, Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistan arasında regional nəqliyyat kommunikasiyalarının açılmasına töhfə verəcək". 

"Unikal" xəbər verir ki, bunu Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Gücləndirmə üzrə Baş Direktoru Adrien Kirali mayın 14-də İrəvanda “Dayanıqlı ticarət, enerji və logistika kanallarının inkişafında Cənubi Qafqazın rolu” mövzusunda müzakirələr çərçivəsində deyib.

Onun qiymətləndirməsinə görə, Rusiya-Ukrayna münaqişəsi əvvəllər mövcud olan ticarət əlaqələrinin məhvinə, eləcə də dünyada sülhün və sabitliyin pozulmasına gətirib çıxarıb: "Bu, Avropa və Asiya arasında Rusiyadan yan keçəcək ticarət yollarının sürətli inkişafı zərurətinə səbəb olub. Söhbət Transxəzər marşrutu üzrə sabitliyin və multimodal daşımaların təmin edilməsindən gedir".

Adrien Kirali bu layihənin beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasının asanlaşdırılmasının vacibliyini qeyd edib. O əlavə edib ki, layihənin həyata keçirilməsi üçün iqtisadi investisiya planının hazırlanması və investisiya dəstəyi vacibdir.

Avropa Komissiyasının nümayəndəsi həmçinin ticarətin inkişafı üçün şərait yaratmaq üçün prosedurların uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, regionun nəhəng iqtisadi potensialını və Mərkəzi Asiyanı Aİ ölkələri ilə birləşdirəcək dəhlizi açmaq lazımdır.

Erməni KV qeyd edib ki, Aİ nümayəndəsi heç bir şəkildə “dəhliz”in adını çəkməsə də, söhbət “Zəngəzur dəhlizi” layihəsindən gedir. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
32
unikal.az

10Mənbələr