AZ

Laçın Hava Limanının tikintisi üzrə işlər 65 faiz icra olunub

Laçın Hava Limanının tikintisi üzrə işlər 65 faiz icra olunub, ümumi uzunluğu 2500 kilometr olan 26 layihə üzrə avtomobil yollarının tikintisi işləri isə qrafikə uyğun aparılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, bunu nazir müavini Rəhman Hümmətov Xankəndi şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

Nazir müavini əlavə edib ki, Bərdə – Ağdam (47,1 km) və Horadiz – Ağbənd (110,4 km) dəmiryolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə edilən fiziki tərəqqi uyğun olaraq 92,5 və 52 faiz təşkil edir. Bununla yanaşı, hazırda Ağdam – Xankəndi dəmiryolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması üzrə işlər aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
1
vergiler.az

2Mənbələr