AZ

OPEC-in neft hasilatıNİYƏ AZALIB?

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrdə aprel ayında gündəlik xam neft hasilatının əvvəlki ayla müqayisədə 48 min barrel azalıb.

“İki sahil” xəbər verir ki, OPEC-in aylıq “Neft Bazarı” hesabatına görə, sözügedən ayda hasilat 26 milyon 623 min bareldən 26 milyon 575 min barelə enib.

Apreldə OPEC-ə üzv olmayan istehsalçılardan hasilat 198 min barrel azalaraq 14 milyon 643 min barreldən 14 milyon 445 min barrelə düşüb.

OPEC üzvləri və qeyri-OPEC ölkələrinin ümumi hasilatı 246 min barel azalaraq 41 milyon 266 min bareldən 41 milyon 20 min barelə düşüb. Rusiyanın hasilatı 154 min barel azalaraq 9 milyon 292 min barel olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
ikisahil.az

1Mənbələr