AZ

Naxçıvanda iki maşın toqquşub, xəsarət alan var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin "Dörd yol" deyilən ərazidə qeydə alınıb. Yağışlı havada iki avtomobilin toqquşması nəticəsində Culfa rayon sakini, 2001-ci təvəllüdlü Əliyev Əjdər İsmayıl oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
2
apa.az

4Mənbələr