AZ

Bir gündə 203 mərmi atılıb

Ukrayna Silahlı Qüvvələri (USQ) son 24 saat ərzində Belqorod vilayətinə azı 203 mərmi atıb. 

"Cebhe.info" TASS-a istinadən xəbər verir ki, bu barədə Belqord şəhərinin qubernatoru Vyaçeslav Qladkov deyib.

O bildirib ki, hücum zamanı dronlardan da istifadə olunub:

"Belqorod, Belqorodski, Borisovski, Krasnoyaruzski, Proxorovski rayonları atəşə tutulub. Həmçinin, Valuysky, Grayvoronsky və Shebekinsky şəhər rayonlarına zərbələr qeydə alınıb".

O qeyd edib ki, zərbələr nəticəsində zərərçəkmiş evlərin əksəriyyəti Belqorod və Belqorod vilayətində yerləşir. Ümumilikdə 90-a yaxın ev və onlarla avtomobilə ziyan dəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
cebheinfo.az

1Mənbələr