AZ

Aİ qaçqın və miqrantların qəbulu qaydalarını sərtləşdirib

Avropa İttifaqı Şurası üçüncü ölkələrdən olan qaçqın və miqrantların qəbulu qaydalarını sərtləşdirən islahatı təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şuranın mətbuat xidmətinin "X" sosial şəbəkəsində dərc olunan məlumatında deyilir.

“Bu gün Avropa sığınacaq və miqrasiya sistemində böyük islahat qəbul edildi. Gəlmə axınlarının nizamlı şəkildə idarə edilməsinə, effektiv və vahid prosedurların yaradılmasına və yükün üzv dövlətlər arasında ədalətli bölüşdürülməsinə imkan verəcək qaydalar müəyyən edilir”, - mətndə deyilir.

Yeni qanun layihəsinə görə, xaricdə hərbi qeydiyyatdan keçməmiş ukraynalıların bank əməliyyatları məhdudlaşdırılacaq və onlara xarici pasport verilməyəcək.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
iqtisadiyyat.az

1Mənbələr