AZ

Rusiya Ukraynada uzunmüddətli savaşa və NATO ilə qarşıdurmaya hazırlaşır - Putin Partuşevə nələri etibar edib?

Rusiya prezidenti Administrasiyasında yeni təyinatlar barədə elan edilib
 
Rusiya Federal Təhlükəsizlin Xidmətinin (FTX) sabiq direktoru və Rusiya Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşev Rusiya Federasiyası prezidentinin köməkçisi təyin edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "iz.ru" nəşri məlumat verib.
 
Məlumatda deyilir ki, prezidentin köməkçisi vəzifəsinə həmçinin indiyədək Tula vilayətinə rəhbərlik edən Aleksey Dyumin təyin edilib. Rusiya prezidentinin köməkçisi vəzifəsinə həm də sabiq təhsil naziri Andrey Fursenko və sabiq mədəniyyət naziri Vladimir Medinski təyin edilib.
 
Həmçinin Rusiya prezidenti administrasiyasında təyinatlar barədə elan edilib. Bundan öncə Putinin köməkçisi olan Maksim Oreşkin administrasiya rəhbərinin müavini təyin edilib. Putin  Prezident Administrasiyası rəhbəri vəzifəsinə yenidən Anton Vaynonu təyin edib.
 
Aleksey Qromov və Sergey Kiriyenko Administrasiya rəhbərinin  birinci müavini postlarını saxlayıb, Dmitri Peskov isə yenidən prezidentin mətbuat katibi təyin edilib. Bundan öncə prezidentin köməkçisi olan Maksim Oreşkin administrasiya rəhbərinin müavini təyin edilib.
 
Dövlət Dumasının mədəniyyət üzrə Komitəsinin rəhbəri Yelena Yampolskaya prezidentin müşaviri təyin edilib. Onun sabiq köməkçisi İqor Levitin Rusiya prezidentinin nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi təyin edilib. Dmitri Kozak və Vladimir Ostrovenko yenidən prezident administrasiyası rəhbərinin müavini təyin edilib.
 
Federal dairələrdə səlahiyyətli nümayəndələr əvvəlkitək qalıb. Müvafiq fərman Vladimir Putin tərəfindən imzalanıb.
 
Dmitri Peskov prezidentin yeni köməkçilərinin icra edəcək funksiyaları barədə məlumat verib.
 
Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşev gəmiqayırma məsələləri ilə məşğul olacaq, lakin onun başqa funksiyaları da olacaq. Tula vilayətinin sabiq rəhbəri Aleksey Dyumin müdafiə sənayesi komleksinə və idmana kuratorluq edəcək.
 
"Prezidentin yeni köməkçisi Dyumin prezident adninistrasiyasında müdafiə sənayesi kompleksinə və idmana kuratorluq edəcək", - Peskov deyib. 
 
Cənab Patruşevin ictimaiyyətə açıq olan fəaliyyətinin davam etdirilməsi ilə bağlı suala cavabında mətbuat katibi deyib ki, prezidentin köməkçisi vəzifəsi bunu istisna etmir.
 
Peskov həmçinin qeyd edib ki, prezident köməkçilərinin fuknsyaları kuratorluq etdikləri məsələlərdən xeyli genişdir.
 
Çünki prezidentin tapşırıqlarından asılı olaraq köməkçi federal hakimiyyət orqanları, regional orqanlarla, xidmətlərlə təmaslar həyata keçirir, - o, əlavə edib. - Bu, dövlət başçısının konkret göstərişlərindən asılıdır. Bu, geniş mövzuları əhatə edir".
 
Rusiya prezidentinin sabiq köməkçisi Maksim Oreşkin iqtisadiyyat və nəqliyyat məsələləri ilə məşğul olacaq, Peskov deyib. Bundan başqa, o, bəyan edib ki, Vladimir Medinski tarix və tarixi irsdən əlavə, mədəniyyət məsələləri ilə də məşğul olacaq.
 
"Bununla birlikdə mədəniyyət məsələri ilə həm də Yelena Yampolskaya qarşılıqlı əlaqədə olacaq", - Peskov deyib.
 
Xəbər verildiyi kimi, Rusiya Müdafiə Nazirliyində yerdəyişmələr, Sergey Şoyqunun Andrey Belousovla əvəzlənməsi onu göstərir ki, Putin Ukraynada uzunmüddətli müharibəyə və mümkündür ki, gələcəkdə NATO ilə qarşıdurmaya dəstək üçün Rusiya iqtisadiyyatının və müdafiə sənayesi bazasının səfərbərlik edilməsi üçün xeyli tədbirlər həyata keçirmək niyyətindədir. Bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun  ( ISW) növbəti hesabatında deyilir.
 
Nikolay Patruşev 2008-ci ilin may ayından Rusiya Təhlükəsizlik Şurasının katibi olub.
 
O, 1975-ci ildə Minskdə SSRİ DTK Ali kurslarını bitirib, Moskvada SSRİ DTK Ali Məktəbində (hazırda FTX Akademiyası) ixrisasıartırma kurslarında təhsil alıb. 
 
1998-ci ilədək FTX strukturlarında işləyib, sonra Rusiya prezidenti Administrasiyasında Boris Yeltsin dönəmində Prezident Baş Nəzarət İdarəsinin rəisi vəzifəsində çalışıb.
 
Daha sonra yenidən FTX-ya dönüb və 1999-2008-ci illərdə İdarənin direktor müavini vəzifəsində işləyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
50
moderator.az

10Mənbələr