AZ

Ukraynaya daha çox “Patriot” lazımdır - Frederiksen

Danimarka Baş naziri Mette Frederiksen Avropanı Ukraynaya daha çox “Patriot” sistemləri verməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə “Tagesschau” nəşəri məlumat yayıb.

Frederiksen digər Avropa ölkələrini Almaniyadan nümunə götürməyə və Ukraynanı daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə səsləyib.

“Bizə hələ 5-6 “Patriot” sistemi lazımdır. Bu sistemlər Avropadadır. Onların Ukraynada olması, NATO ölkələrində olmasından daha yaxşıdır”, - Frederiksen bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
axar.az

2Mənbələr