AZ

“PAŞA Sığorta”dan şikayətlər artmağa başlayıb – Şirkət AMB-nin sarı zolağında

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (3.94 indeksi ilə) olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin aprel ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər arasında "Bakı Sığorta" 2.39 indeksi ilə növbəti dəfə ikinci, “AtaSığorta” 1.30 indeksi ilə siyahıda üçüncü olub. 

Maraqlıdır ki, “PAŞA Sığorta” üzrə sığorta şirkətləri ötən ilin ikinci yarısından etibarən artmağa başlayıb. Sığorta şirkəti yaşıl zolaqda olduğu üçün bu artım o qədər də hiss edilmirdi. İndi isə “PAŞA Sığorta” ilk dəfə sığorta şikayətlərinin həcminə görə sarı zolağa yüksəlib. Ötən ay üzrə sığorta şirkətinin şikayət indeksi mart ayındakı 0.93-dən 1.10-a yüksəlib.

Digər sığorta şirkətləri üzrə göstəricilər aşağıdakı kimidir:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
iqtisadiyyat.az

1Mənbələr