AZ

“Azərcell”in tarif dəyişiklikləri etiraz doğurdu: Müqavilədə var...

“Azərcell”in tarif dəyişiklikləri etiraz doğurdu: Müqavilədə var...

"Azərsell"in təqdim etdiyi aylıq paketlərdə etdiyi dəyişiklik abunəçilər tərəfindən narazılıqla qarşılanıb.


AFN.az xəbər verir ki, istifadəçilər sosial şəbəkələrdə bununla bağlı etiraz ediblər. “10 manatlıq paketləri 3GB internet, 300 dəqiqə danışıq (əvvəlki tarif 2 GB + 350 dəq), 15 manatlıq paketi isə 6 GB+400 dəqiqə (əvvəlki 5 GB+500 dəq) olub. Danışıq dəqiqələrindən kəsib internetə əlavə ediblər. Amma bununla bağlı məndən heç bir icazə almayıblar. Soruşan olmayıb ki, mənə danışıq dəqiqəsi lazımdır, yoxsa GB” – deyə abunəçi bildirib.



Bu cür şikayətlərin çox olduğunu nəzərə alaraq “Azərcell” şirkətinə sorğu ünvanladıq. Verilən cavabdan aydın oldu ki, bu dəyişikliklər abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən abunə müqavilələrinin şərtlərinə uyğun olaraq aparılır: “Nəzərinizə çatıdrırıq ki, mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq operatorlar mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir. Müvafiq olaraq da, “Azercell Telekom” MMC tərəfindən təqdim olunan telekomunikasiya xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan tələbatın daim artdığını nəzərə alaraq tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə müəyyən dəyişikliklər edilir.

Müvafiq dəyişiklik abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqavilələrinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun edilir. Bu dəyişiklilər müqabilində abunəçilərə İnternet Paketin həcmi bitdikdən sonra əlavə paket əldə edilməsi zərurətinin azaldılması məqsədi ilə daha həcmli aylıq və günlük internet paketləri təqdim edilir, şəbəkəxarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Hər hansı səbəbdən abunəçilər istifadə etdikləri tarif paketinin şərtlərini özləri üçün uyğun hesab etməzlərsə, müvafiq paketə abunəlikdən imtina edə, digər şərtləri olan paket əldə edə və ya fakturalı\fakturasız (SimSim) xətt sisteminə keçid edə və oradakı digər tarif paketlərindən istifadə edə bilərlər”.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
1
afn.az

2Mənbələr