AZ

İnsanların bədənini göstərdiyi portal bağlanıb

Bir-birindən 5 min kilometr aralıda yerləşən Dublin və Nyu-York şəhərlərində insanların real vaxt rejimində ünsiyyət qurmasına imkan verən portal uyğunsuz davranış səbəbilə bağlanıb.

"Cebhe.info" xəbər verir ki,  Atlantik okeanının iki fərqli nöqtəsini- Nyu-York və Dublini onlayn birləşdirən "The Portal" bu yaxınlarda açılmışdı.

 Minlərlə insan hər iki tərəfdəkilərin bir-birini görməsinə və qarşılıqlı əlaqədə olmasına imkan verən ikitərəfli, yüksək texnologiyalı heykəlləri ziyarət edib.

 İki ölkə arasında canlı yayım portalı İrlandiyanın paytaxtında “uyğunsuz davranışlara” görə müvəqqəti olaraq bağlanıb.

Portalın İrlandiya tərəfindəki insanları Nyu-Yorkdakılara bədən hissələrini və 11 sentyabr hücumlarının görüntülərini göstəriblər. Bu barədə bir çox video sosial şəbəkələrdə yayılıb.

 Dublin Şəhər Şurası bildirib ki, İrlandiya rəqsi və hətta evlilik təklifi də daxil olmaqla, bir sıra faydalı anlar yaşansa da, bir ovuc insan "uyğunsuz şəkildə" davranırdı və nəticədə portal müvəqqəti olaraq bağlanıb.

Dublin Şəhər Şurasının sözçüsü bazar ertəsi axşam verdiyi açıqlamada texniki həllərin növbəti 24 saat ərzində həyata keçiriləcəyini söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
cebheinfo.az

1Mənbələr