AZ

Qarabağın "yaşıl" texnologiyaların köməyilə bərpası İtaliyanın əsas vəzifələrindən biridir - İTA

Bakı. Trend:

İtaliya şirkətlərinin əsas vəzifələrindən biri "yaşıl" və müasirtexnologiyaların köməyilə Qarabağın bərpasıdır.

Bu barədə Trend-ə İtaliya Ticarət Agentliyinin (İTA) Bakıdakıdirektoru Andrea Makkaniko Azərbaycan-İtaliya biznes forumuçərçivəsində deyib.

"İtaliya şirkətləri üçün Azərbaycanda bərpa olunan enerjimənbələri sektorunda bir çox imkanlar mövcuddur. Onlar növbətiaylar ərzində, xüsusən COP29 ilə əlaqədar olaraq öyrəniləcək. Bu,İtaliya şirkətlərinin dəstək göstərməyə və lazımi bütüntexnologiyaları təmin etməyə hazır olduğu sahədir", - deyə obildirib.

İTA direktoru həmçinin ekoloji problemin mövcud olduğunu vəbununla mübarizə aparmağın vacib olduğunu qeyd edib.

Onun sözlərinə görə, iqlim dəyişmələri ilə əlaqədarproblemlərdən biri su şatışmazlığıdır və İtaliya şirkətləriAzərbaycanın sudan optimal istifadə etməsinə imkan verən irriqasiyahəlləri təklif etməyə hazırdır.

"Beləliklə, ekologiya böyük sektordur və burada birgə fəaliyyətüçün bir çox imkanlarımız mövcuddur. Tikinti şirkətindən olan vətikinti sektoru üçün "yaşıl" texnologiyalar, məhsul və xidmətlərüzrə ixtisaslaşan nümayəndə heyətimiz oktyabr və ya ya noyabrayında Azərbaycana gəlməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların TəşviqiAgentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin (İTA) birgətəşkilatçılığı ilə ixracın təşviqi və xarici ivestisiyaların cəlbedilməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyətgöstərən 12 İtaliya şirkəti və 100-ə yaxın azərbaycanlı iş adamı,eləcə də müvafiq dövlət qurumlarının, yerli hakimiyyət orqanlarınınvə beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirakedib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
2
az.trend.az

3Mənbələr