AZ

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qərar etirazlar fonunda qəbul olunub.

84 deputat qərarın lehinə, 30-u isə əleyhinə səs verib.

Qanun layihəsinə əsasən, büdcəsinin 20 faizdən çoxu ölkə xaricindən formalaşan qeyri-kommersiya təşkilatları “xarici qüvvələrin nüfuzunu həyata keçirən təşkilat” kimi reyestrdən keçməli, hər il maliyyə hesabatı təqdim etməlidir. Qanunu pozan təşkilatların 25 min lariyədək cərimələnməsi nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
11
tribunainfo.az

10Mənbələr